çin vazı

* long Eliza синяя с белым китайская ваза, на которой изображены высокие женские фигуры
çin səddi
çinədanı dar*
OBASTAN VİKİ
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada. Sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Çin loxması
Çin loxması (ing:Bite of China Çin: 舌尖 上 的 中国; pinyin: Shéjiān shàng de Zhōngguó) Çin yeməkləri və onların bişirmə tarixinə dair sənədli televiziya serialıdır. Xiaoqing (陈晓卿), Li Lihong (李立宏) və Roc Çen (阿 鲲) tərəfindən bəstələnmiş orijinal musiqi və Çenin rejissorluğu ilə yayımlanmışdır. İlk dəfə 14 may 2012-ci ildə Çin Mərkəzi Televiziyasında yayımlandı və qısa müddətdə yüksək reytinq və geniş populyarlıq qazandı.2011-ci ilin martında çəkilişlərə başlayan yeddi seriyalı sənədli serial, Çin, HonqKonq və Tayvan materikindəki 60-dan çox yerdəki müxtəlif növ qidaların arxasında tarixini və hekayəsini təqdim edir. Sənədli film həm də yerli mətbəxi tanımayanlara Çin qida mədəniyyətini tanıtmaq üçün bir vasitə kimi fəal şəkildə təşviq edilmişdir. Şen Hongfei və Çua Lam kimi müxtəlif məşhur aşpazlar layihənin məsləhətçiləri idi. Çen Xiaoqing, "Çəkmək istədiyimiz şey məşhur aşpazlar və məşhur yeməklər deyil, adi insanların evdə yemək bişirməyidir" dedi. Bu film Çin xalqına məxsus yüzlərlə ləzzəti, insanlarla qida arasındakı hekayəni göstərir və qida ilə cəmiyyətin münasibətini təsvir edir. Filmin vacib mövzusu Çinin "dəyişikliyi" dir. Çinin ənənəvi əkinçiliyini göstərməklə yanaşı eyni zamanda tamaşaçılara bir çox Çin ənənələrinin dəyişdiyi və filmdə görünən bəzi insanların son nəsil olma ehtimalı və bəzi təamların əsrlər boyu dəyişildiyi sənətkarlıqla bildirilmişdir. Yeddi bölümdən (əlavə treyler) ibarət olan Çin loxması filminin ikinci mövsümü 18 Aprel-6 iyun 2014 tarixləri arasında yayımlandı.
Çin mifologiyası
Çin mifologiyası — Çin xalq və mədəniyyətinin topladığı əfsanəvi miflər, inanclar və tarix anlayışlarının cəmi. Oksfordun Asiya mifologiyasına aid bir lüğəti Çin mifologiyasını belə təsvir edir: Çin mifologiyası tarix, əfsanə və mifin qarışmasıdır. Çin mifologiyasına müxtəlif siniflərdən insanların, coğrafi bölgələrin, günümüz də daxil olmaqla tarixi dövrlərin və müxtəlif etnik qrupların ənənələrində rast gəlinir. Çin, bir çox mifoloji ənənələrin, o cümlədən Han və onların Huaşya sələflərinin, eləcə də Tibet mifologiyasının, Türk mifologiyasının, Koreya mifologiyasının və digərlərinin mənbəyi hesab olunur. Bununla birlikdə, Çin mifologiyasının öyrənilməsi Çin dilindəki detallara diqqət yetirməyə təkan verir. Mifologiyanın çox hissəs ekzotik mifoloji yerlərdə və ya müxtəlif zamanlarda baş verən, fantastik insanlar və varlıqlar ilə dolu həyəcanverici hekayələri, sehrli güclərin istifadəsini əhatə edir. Bir çox mifologiyalar kimi, keçmişdə Çin mifologiyasının, ən azı bir qisminin, tarixin faktiki qeydi olduğuna inanılırdı. Çin folkloru ilə yanaşı, Çin mifologiyası da Çin xalqının dininin mühüm bir hissəsini təşkil edir. Çin mifologiyası, yaradılış mifləri, xalq rəvayətləri ilə folklor elementləri, tarixi hadisələrlə qarışıq bir mif quruluşu, əfsanəvi, ilahi padşahların siyahısı ilə nəzərə çarpır. Bir çox mif kainatın kosmologiyasını, onun tanrılarını və insanlarını və yaradılışı əhatə edir.
Çin monqolları
Çin monqolları (Çin: 蒙古族; pinyin: Měnggǔzú) — Çin Xalq Respublikasının vətəndaşı olan etnik monqollardır. Çin Xalq Respublikası hökuməti tərəfindən tanınan 55 etnik azlıqdan birini təşkil edirlər. Çində etnik monqol olaraq təsnif edilən təxminən 5.8 milyon insan var. Çinin müxtəlif bölgələrində, xüsusilə Daxili Monqolustanda, Şimal-şərq Çində və Sincan-Uyğur Muxtar Rayonunda yaşayırlar. Çindəki monqol əhalisi suveren monqol dövlətindən iki dəfə çoxdur. Çindəki monqollar müxtəlif nisbətdə və regionlarda yaşayırlar. Bu regionlar aşağıdakılardır: Daxili Monqol Muxtar Rayonu – 68,72 % Jilin əyaləti – 2,96 % Hebei əyaləti – 2,92 % Sincan-Uyğur Muxtar Rayonu – 2,58 % Heilongjiang əyaləti – 2,43 % Çinghay Eyaleti – 1,48 % Henan əyaləti – 1,41 % Digər regionlar – 5,98 % Daxili Monqol Muxtar Vilayətindən başqa Çində digər monqol muxtar inzibati alt bölmələri də mövcuddur.
Çin mədəniyyəti
Orta əsrlər böyük Çin mədəniyyətinin çoxəsrlik ənənələrinə güclü təsir göstərərək onun məzmununun zənginləşməsində mühüm rol oynadı. Orta əsrlərin erkən dövrü Çin mədəniyyəti tarixinə, ədəbiyyat və rəngkarlığına "qızıl əsr" kimi daxil oldu. Xüsusilə, monqol sülalələrinin hakimiyyət illərində (XIII əsr) bu sahədə çox böyük irəliləyişlər əldə olundu. Xan imperiyasının ardınca Üç şahlıq (220–280) mərhələsi başladı: üç müstəqil dövlət – Vey, Şu, U dövlətçiliyi tarixinin əsası qoyuldu. Bu dövr müharibələr, epidemiyalar, aclıq, kəndli üsyanları ilə səciyyələnir. Üçşahlığa qarşı – Tezin (280–316) imperiyası qələbə çaldı. Ölkə iki hissəyə – şimal və cənub hissələrinə bölündü. Tarixə bu, Şimal və cənub sülalələrinin hakimiyyəti dövrü kimi daxil oldu. Cəmiyyətin siyasi vəziyyəti zamanın mənəvi quruluşu ilə vəhdət təşkil etdi. Xüsusilə, daosizm və çanbuddizm aparıcı dini cərəyanlar kimi üstünlük təşkil edir.
Çin məhəlləsi
Çin qəsəbəsi (ing. Chinatown) — Çindən kənarda Çinlilərin kompakt yaşadığı yerlərə verilən ad. Çox zaman bu məhəllələri "Çayna-taun" da adlandırırlar. Çin məhəlləri Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. Burada bir neçə ştat istisna olmaqla, qalan bütün ştatlarda çin məhəllələri vardır. Nyu-York, London və San-Fransisko şəhərlərində yerləşən çin məhəlləri, böyük tipli yaşayış sahəsi hesab olunur. Çin məhəllərində əsasən Çindən yeni gəlmiş miqrantlar məskunlaşır. Bu məhəllələrdə əsasən Çin dilindən istifadə edilir. Çin məhəlləsində ingilis dilini bilmədən yaşayan çinlilərin sayıda çoxdur. Onlar gündəlik həyatlarında çin dilindən istifadə edirlər.
Çin mərəvcəsi
Çin mərəvcəsi (lat. Smilax china) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Çin mətbəxi
Çin mətbəxi — Çin Xalq Respublikasının mətbəxi. Çin mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Vyetnam, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Bundan başqa tərəvəzlər və soya da Çin mətbəxinin əsas inqrediyentlərini təşkil edir. Ət və balıqdan isə başqa mətbəxlərlə müqayisədə nisbətən az istifadə olunur. Çin mətbəxində ətli və ya tərəvəzli yeməklər arasında dəqiq ayırma yoxdur. Əksinə olaraq müxtəlif inqrediyentlər vahid bir xörək hazırlamaq üçün birləşdirilir. Qidanın ahəngdarlığı Çin mətbəxin səciyyəvi xüsusiyyətidir. Məsələn, süfrəyə heç vaxt tərkibi eyni ətdən ibarət olan və yaxud oxşar dadlı və ya tərkibli iki xörəyi heç vaxt qoymazlar.
Çin nərəsi
Çin nərəsi (lat. Acipenser sinensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Çin operası
Çin operası (Çin: 戏曲/戲曲; Pinyin: xìqǔ) Çində populyar bir dram və musiqili teatr növüdür. Çinin müxtəlif regionlarında operalar var ki, bunlardan bəziləri yüz illər əvvələ aiddir. Bunlara Pekin operası və Kunqu daxildir. Ümumiyyətlə Çində bilinən ilk opera truppasının Tang sülaləsinin imperatoru Xuanzong (712-755) dövründə qurulduğu qəbul edilir. “Armud bağı” (梨园/梨園; Rom: líyuán) adlanan bu truppa, imperatorun şəxsi zövqü üçün çıxış edirdi. Bu gün də opera müğənnilərinə “Armud Bağçasının Tələbələri” (梨园 弟子/梨園 弟子, Rom: líyuán dìzi) deyilir. Yuan sülaləsi (1279-1368) dövrünün forumu olan Zajuda (雜劇, zájù) “Dan” (旦, dàn, qadın personaj), “Sheng” (生, shēng, kişi personaj), “Hua” (花, huā, rənglənmiş üz) və “Çou” (丑, chŏu, təlxək) kimi Çin operasının dəyişməz rolları meydana çıxdı. Ming sülaləsi və Qing sülaləsinin erkən dövründə Wu regionunun operası olan Kunqu ən populyar opera forması oldu. Çin operasının günümüzə qədər gəlib çatmış 368 müxtəlif forması var. Bunlardan ən yaxşı tanınanı Pekin operasıdır.
Çin otağı
Çin otağı arqumenti ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq, proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Oxşar arqumentləri Qotfrid Leybnits (1714), Anatoli Dneprov (1961), Lourens Devis (1974) və Ned Blok (1978) təqdim etmişlər. Sörlün versiyası o vaxtdan bəri geniş şəkildə müzakirə edilmişdir. Sörlün arqumentinin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir. Arqument zehnin formal simvollar üzərində işləyən bir məlumat emal sistemi kimi nəzərdən keçirilə biləcəyini və verilmiş psixi vəziyyətin simulyasiyasının onun mövcudluğu üçün kifayət olduğunu müdafiə edən funksionalizm və hesablamaçılıq fəlsəfi mövqelərinə qarşı yönəlmişdir. Konkret olaraq, arqument Sörlün güclü süni intellekt fərziyyəsi adlandırdığı mövqeyi təkzib etmək məqsədi daşıyır: "Düzgün giriş və çıxışlara malik düzgün proqramlaşdırılmış kompüter bununla da insanların zehni kimi eyni mənada zehnə malik olardı". Əvvəlcə süni intellekt (Sİ) tədqiqatçılarının ifadələrinə reaksiya olaraq təqdim olunsa da, bu, əsas Sİ tədqiqatının məqsədlərinə qarşı bir arqument deyil, çünki o, maşının göstərə biləcəyi "ağıllı" davranışın miqdarına məhdudiyyət göstərmir. Arqument yalnız proqramlar çalışdıran rəqəmsal kompüterlərə aiddir və ümumiyyətlə maşınlara aid edilmir. Sörlün düşüncə eksperimenti bu hipotetik müqəddimə ilə başlayır: fərz edək ki, süni intellekt tədqiqatları Çin dilini başa düşmüş kimi davranan bir kompüter qurmağa müvəffəq oldu.
Çin panqolini
Çin kərtənkələsi, və ya Çin panqolini (lat. Manis pentadactyla) — Panqolinlər dəstəsinə aid sürünən növü. Asiyada yayılmış dörd növdən biri. Çin panqolinlərinin uzunluğu 60 sm, quyruqları 18 sm təşkil edir. Bu canlıların bədənlərində 18 cərgə pulcuq olur. Bu isə sürünənlər üçün qeyri adidir. Onların kiçik başı və ensiz quyruqları olur. Burunları iri olur. Bu canlılar dairəvi formaya malik olurlar. Ön və arxa ətraflar iti caynaqlara sahib olur.
Çin parlamenti
Ümumçin Xalq Nümayəndələri Məclisi (ÜXNM) və ya Ümumçin Xalq Nümayəndələri Yığıncağı (ÜXNY) - Çin Xalq Respublikasının qanunverici orqanı. Dövlət hakimiyyətinin ali orqanı olan ÜXNM 2980 üzvü ilə dünyanın sayca ən böyük dövlət orqanı hesab olunur. ÜXNM-ə seçkilər beş ildən bir keçiril. Sessiyalar payız aylarında ÇXR-nin paytaxtı Pekinin Siçen rayonunda yerləşən Böyük Xalq Zalında keçirilir və 10-14 gün davam edir. ÜXNM Daimi komitəsi ÜXNM-dən fərqli olaraq, ilk boyu görüşlər keçirir. Ancaq Daimi komitənin üzvləri həm qərarvermə, həm də tətbiq etmə vəzifəsi tuta bilməzlər. Daimi Komitənin tərkibinə sədr, sədrin müavinləri, məsul katib və Daimi Komitənin üzvləri daxildir. Daimi Komitə ÜXNY-nın qanun layihələrini təsdiq edən və qətnamələr çıxaran altı funksional ixtisaslaşmış komitəsinin: maliyyə və iqtisadiyyat işləri üzrə; milli məsələlər; təhsil, elm, mədəniyyət və səhiyyə; xarici işlər və hüquqi işlər üzrə fəaliyyətini istiqamətləndirir. Komitə parlament prinsipi üzrə fəaliyyət göstərir: Konstitusiyanı və cari qanunları hərəkətə gətirir, dekretlər dərc edir, daha aşağı səviyyəli hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edir, nazirləri və vəzifəli şəxsləri təyin və azad edir. Ümumçin Xalq Nümayəndələri Məclisi dövlətin qanunvericiliyini həyata keçirir; ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edir, dövlət aparatının yüksək vəzifələrinə namizədləri təsdiq edir və seçir, ÜXNY-nın Daimi Komitəsi üzvlərini seçir; ÇXR sədrini və onun müavinlərini seçir; Dövlət Şurasının sədrini və Şuranın digər üzvlərini təsdiq edir; Mərkəzi Hərbi Şuranın (MHŞ) sədrini seçir və MHŞ-nin digər üzvlərini təsdiq edir; Ali Xalq Məhkəməsinin sədrini seçir; Ali Xalq Prokurorluğunun Baş Prokurorunu seçir.
Çin piramidaları
Uyğur ehramları — Çində gizlədilən türk ehramları əslində kurqanlardır. Çin kurqanların araşdırılmasını qadağan edib. "Ağ ehram" (və ya Türk ehramı) adlandırılan kurqanın dünyanın bütün ehramlarından hündür olduğu təxmin edilir. Çin hakimiyyətindəki Şərqi Türkistan sərhədləri daxilində, Sian şəhərindən 100 km məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəddən çox ehram ilə yanaşı, 300 metr hündürlüyündə "Ağ ehram" adlandırılan nəhəng tikinti var. Bəzi iddialara görə, bu ehramların mövcudluğu Qərb elm adamlarına öncədən də məlum olub. "Elm xəbərləri"("Science News") qəzeti İkinci dünya müharibəsi illərində ehramlar haqqında belə bir yazı yayımlayıb: "Bölgədəki ehramlar palçıq və torpaqdan hazırlanıb. Misir ehramlarından çox kurqanlara bənzəyir və bölgə hələ kəşf edilməyib". Bölgədəki amerikalı alimlər Ağ ehramın 300 metr hündürlükdə olduğunu bildirirlər ki, bu, Misir ehramlarından iki dəfə ucadır. Bir nəzəriyyəyə görə, Mu qitəsinin mövcudluğu zamanı qitədə çox təkmilləşmiş bir mədəniyyət hökm sürüb. Bu mədəniyyət qitənin yox olması ilə Cənubi Amerika və Asiyaya yayılan mədəniyyətin bir-birinə bənzəyən texnikadan istifadə ilə tikintilərdə davam edib.
Çin pişiyi
Çin pişiyi (lat. Felis bieti) — pişik cinsinə aid heyvan növü. Çin dağ pişiyi tünd qoruyucu tükləri olan qum rəngli xəzə malikdir. Üz və ayaqlarda zəif tünd üfüqi zolaqlar demək olar ki, görünmür. Qulaqlarında qara ucluqlar var. Nisbətən geniş kəllə sümüyü və ayaqlarının arasında uzanan uzun tükləri var. Qarnında ağımtıl, ayaqları və quyruğunda isə qara halqalar daşıyır. Quyruğunun ucu qaradır. Baş və bədən uzunluğu 69–84 sm (27–33 düym), quyruq uzunluğu 29–41 sm (11–16 düym) təşkil edir. Yetkinlərin çəkisi 6,5–9 kq (14-20 lb).
Çin püstəsi
Çin püstəsi Aralıq dənizyanı ölkələrində,Kanar adalarında,Mərakeş və İspaniyadan Türkiyə,Suriya və İsrailə qədər geniş yayılmışdır. İkievli bitkidir.5 m hündürlüyündə həmişəyaşıl, enli çətirli ağac və ya koldur.Gövdəsinin qabığı tünd rənglidir.Yarpaqları növbəli,cütlələkvaridir.Yaşılımtıl çiçəkləri xırda,sıx salxımşəkilli çiçək qrupuna toplanmışdır.Meyvələri 4–5 mm uzunluğunda çəyirdəkmeyvədir,ucu itidir.Abşeronda oktyabr-noyabr aylarında çiçəkləyir,meyvələri aprel-may aylarında yetişir.Toxumla çoxaldılır. Şaxtaya davamsızdır,Abşeronun sərt şaxtalarında yerüstü hissəsi məhv olur,aprel-may aylarında yenidən bərpa olunur. Mərdəkan dendrarisində 2009-cu ildə introduksiya olunmuşdur.Abşeronda mədəni şəraitdə becərilir. Abşeronda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə edilir.Erkək ağacdan qatran alınır.Mastikada 90%-dək rezin,qatran turşuları və 1-3% efir yağı vardır.Efir yağında pinen vardır ki,ondan diş plomblarının hazırlanmasında və yara sağaldan vasitə kimi həlimindən istifadə edilir. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çin qaratoyuğu
Çin qaratoyuğu (lat. Turdus mupinensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Çin qaraçöhrəsi
Çin qaraçöhrəsi (lat. Taxus chinensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Çin qayışləçəyi
Çin loropetalumu (lat. Loropetalum chinense) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin hamamelidkimilər fəsiləsinin loropetalum cinsinə aid bitki növü. Şimali Amerikada, Qərbi və Şərqi Asiyada bitir. XIX əsrin ortalarında bu bitki Britaniya botaniki Robert Broun tərəfindən təsvir edilmişdir və loropetalum adlandırılmışdır. İngiltərəyə loropetalumu XIX əsrin axırlarında məşhur Viktorian gətirmiş və Chinese fringe flower (Çin qayışləçəyi) adlandırmışdır. Hündürlüyü 60 sm-dək olan, əyilmiş budaqlı, nadir, gözəl çiçəkləyən ekzot, həmişəyaşıl, möhkəm, yumru koldur. Onun enli çiçək qrupları qayış və ya lentlərin bağlamasına bənzəyir. Loropetalumun yarpaqları oval və ya yumurtavari, uzunluğu 2,5–6 sm, açıq yaşıl rənglidir. Çiçəkləri hörümçəkşəkilli, qayışşəkilli, ətirli, al-qırmızı, çəhrayı, ağ rəngdə olub, 3–6 ədəd sıx qalxanlara yığılır, erkən yazda budaqları tamamilə örtür. Sonradan yaşıl yarpaqları açılır və çiçəkləmə bütün yay ərzində davam edir.
Çin qazaxları
Çin qazaxları (qaz. Қытай қазақтары, جۇڭگو قازاقتارى‎, çin. ) — qazax xalqının ən böyük diasporası. ÇXR-da yaşayan xalqların arasında sayına görə 16-cı yerdədir. Çində yaşayan qazaxlar əsasən Naymanlar, Qarayilər, Uaq, Suan və Alban tayfalara aiddir. Sorğulara görə, onların 80,5 %-i özünü Orta Juzun, 12,6 %-i isə Kiçik Juzun, 2,9%-i isə Böyük Juzun hissəsi olaraq sayır. Cunqar xanlığının məhvi zamanı mancurlar cunqar oyratlara qarşı qətliyam törədirdilər. Əhalisiz qalmış torpaqlar tezliklə ətrafda yaşayan xalqlarla dolmuş. O cümlədən, Qazax xanlığından olan qazaxlar kütləvi şəkildə o əraziyə köçməyə başlayıblar. XIX əsrdə, ruslar qazaxlar üçün qırğız ifadəsini iştətdiyi zamanı, onlar həm qazaxların, həm də qırğızların torpağlarına köçərək, onları Çinə qaçmağa məcbur ediblər.
Çin qoralı
Çin qoralı (lat. Naemorhedus griseus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Birma, Çin, Hindistan, Tayland, Vyetnam və Laos ərazisində yayılmışdır. Bu növün nümayəndələri 910–2400 m arası yüksəkliklərdə yayılırlar. Çin ərazisində isə onlara hətta 4100 metr yüksəkliklərdə belə yayılmışdır. 4–12 başdan ibarət olan dəstələr halında yaşayırlar. Yaşlı erkəklər tənha həyat tərzi keçirir. Orta ömür müddəti 15 ildir. Çəkisi 22–35 kq arasında dəyişir. Yay ayları tükləri qısa və seyrəkdir.
Çin qırğızları
Qırğızlar (柯尔克孜族) türk etnik qrupudur və Çin Xalq Respublikası tərəfindən rəsmi olaraq tanınan 56 etnik qrupdan birini təşkil edirlər. Əsasən Sincan-Uyğur Muxtar Rayonunun cənub-qərbində yerləşən Qızılsu-Qırğız Muxtar dairəsində, bir neçəsi isə qonşu Uçturfan, Aksu şəhəri, Yarkənd, Yanqisar, Taşkurqan və Pişanda, eləcə də türklər Sincan şimalındakı Cjaosu, Emin, Bole, Tsinxe və Tokkuztara ərazilərində də yaşayırdılar. Çin Xalq Respublikasının beşinci milli siyahıyaalınmasına görə, Çində 160 875 qırğız var. Eramızdan əvvəl III əsrin sonlarında Böyük Hun imperiyası Xyarqas-Nuur gölünün ətrafında yaşayan və "Ge Kun" adlanan qırğız əcdadlarını özünə tabe edir. Eramızın VII əsrinin əvvəllərində qırğız xalqı türklər tərəfindən idarə olunurdu və onlara "Qiqu" deyirdilər. Tan imperiyası türkləri məğlub etdikdən sonra onlar Yanran protektorluğuna daxil oldular. Daha sonra Uyğur xanlığı tərəfindən fəth edildi və Xiqas adlandı. IX əsrdə Xigas getdikcə gücləndi və eramızın 840-cı ildə xan Zhuqluobu məğlub edərək öldürdü və Tıva ərazisində Xigas xanlığını qurdu. X əsrdə Xitayların yüksəlişi ilə Xigas onun vassal dövlətinə çevrildi. Yuan imperiyasında qırğız xalqı Qierjisi və ya Jilijisi adlanırdı.
Çin qızılgülü
Çin qızılgülü (lat. Rosa chinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Dekorativ kol bitkisi; otaqlarda becərilir. Çin, Şərqi Himalayda, Nepal, Hindistan və Pakistanda, Avropada, Kiçik Asiyada və Yaponiyada yayılmışdır. Hündürlüyü 1–2 m, gövdəsi düz dayanan koldur. Budaqları bənövşəyi-qonur, kəsiyində yumru, təxminən iynəsizdir. Yarpaqları mürəkkəb, uzunluğu 5-11 sm, yalançı zoğları saplaqla bitişik, kənarları bütöv, vəzicikli-tükcüklü, ucu bizdir. Çiçəkləri sadə (5 ləçəkli), yarımçoxləçəkli və ya çoxləçəkli, 2-5 olmaqla qruplarla yerləşmiş, bəzən tək, bir az ətirli və ya qoxusuz, diametri 4-5 sm-dir. Çiçək saplaqları 2,5-6 sm, təxminən çılpaq və ya vəzicikli-tükcüklü, çiçək altlıqları 1-3, xətvari, çılpaq, kənarları vəzicikli və ya bütöv armudvari, çılpaqdır. Kasayarpaqları 5, yumurtavari, bəzən yarpaqvari formalı, kənarları bütöv və ya bir az lələkvari-pərli, bəzən bütövdür.
Çin qızılsarmaşığı
Çin qızılsarmaşığı (lat. Cuscuta chinensis) — qızılsarmaşıq cinsinə aid bitki növü.